Quantcast
Channel: Orxan Rzayev – Orxan Rzayev's blog
Viewing all articles
Browse latest Browse all 202

Azərbaycanda Facebook istifadəçilərinin statistikası (Yanvar, 2018)

$
0
0

Facebook sosial şəbəkəsinin istifadəçi sayı ölkədə “doyumluluq” həddinə çatıb. Belə ki, artıq bir ildən çoxdur ki, ölkədəki istifadəçi sayı 1.7-1.75 milyon ətrafında dəyişir.  Orkhanrza.com-un açıqladığı yeni statistik məlumatda qeyd olunur ki, hazırda Azərbaycanda aktiv Facebook istifadəçilərinin sayı 1.73 milyon təşkil edir. Bunların 68.2%-ni (1.18 milyon) kişi, 31.8%-ni (0.55 milyon) qadınlar təşkil edir.

 

Azərbaycan facebook istifadəçiləri statistikası 2018

 

Yaş tərkibinə görə istifadəçilərin 660 mini 13-25 yaşlarında, 570 mini 26-35 yaşlarında, 279 mini 36-45 yaşlarında, 126 mini 46-55 yaşlarında, 93 mini isə 55 yaşdan yuxarı olan istifadəçilərdir. Son illərdə davam edən yuxarı yaş qruplarındakı artım hazırda da davam etməkdədir. İstifadəçilərin təxminən yarım milyonu 35 yaşdan yuxarı insanlardır.

Azərbaycan facebook istifadəçiləri statistikası 2018

 

Azərbaycan facebook istifadəçiləri statistikası 2018

 

İstifadəçilərimiz Facebook-a daha çox mobil cihazlardan daxil olur. Statistika göstərir ki, istifadəçilərin 9%-i Facebook-a yalnız kompüterdən daxil olur. 25% həm kompüter, həm mobil cihazlardan daxil olursa, 66% istifadəçilər Facebook-a yalnız mobil cihazlardan daxil olurlar.

Azərbaycan facebook istifadəçiləri statistikası 2018

 

Mobil cihazlar arasında Android əməliyyat sisteminə malik telefonlar üstünlük təşkil edir.

Azərbaycan facebook istifadəçiləri statistikası 2018

 

Aşağıdakı infoqrafikada siz iPhone modelləri üzrə (iPhone 6, 6 Plus, 6S, 6S Plus, 7, 7 Plus) istifadəçilərin sayını görə bilərsiniz. Maraqlı məqam odur ki, iPhone’un ölçüsü daha kiçik olan 6, 6S və 7 modellərini kişi istifadəçilər daha çox istifadə edirsə, böyük ekran ölçülü 6 Plus, 6S Plus və 7 Plus modellərini daha çox qadınlar istifadə edir.

Azərbaycan facebook istifadəçiləri statistikası 2018

Bu infoqrafikada isə Samsung Galaxy modelləri üzrə (Galaxy S6, S7, S7 Edge, S8) istifadəçi sayını görə bilərsiniz.

Azərbaycan facebook istifadəçiləri statistikası 2018

Facebookda istifadəçilərinin 200 mini münasibət vəziyyətini (relationship status) subay olaraq, 190 mini isə evli olaraq qeyd edib.

Azərbaycan facebook istifadəçiləri statistikası 2018

 

Qeyd edək ki, məlumatlar Facebook’un verdiyi göstəricilərə əsasən hazırlanıb və real göstəricilərlə üst-üstə düşməyə bilər. Məlumatdan istifadə edərkən Orkhanrza.com-a aktiv istinad vermək mütləqdir.

 

The post Azərbaycanda Facebook istifadəçilərinin statistikası (Yanvar, 2018) appeared first on Orxan Rzayevin bloqu.


Viewing all articles
Browse latest Browse all 202

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ