Quantcast
Channel: Orxan Rzayev – Orxan Rzayev's blog
Viewing all articles
Browse latest Browse all 202

WoWoman Platforması 3 yaşında!

$
0
0

3 il öncə Bakıda fəaliyyətə başlayan bir platformanın 2018-ci ildəki hesabatına baxdıqda bu işləri həyata keçirə insanları ayaqüstə alqışlamaq istəyirsən.

Qadınların inkişafı üçün qurulan WoWoman Platforması 3 ildə 200-dən çox tədbir həyata keçirib, bu tədbirlərdə 7 mindən çox xanım iştirak edib.  Ən azı bu 7 min xanım Azərbaycanın gələcəyi üçün faydalı olacaq. Çünki bu tədbirlərin bəzilərində iştirak etmişəm, həmin iştirakçıların demək olar hər biri istedadlı, fəal xanımlardır (Bugünkü tədbirdə qeyd edildi ki, tədbirlərə bəzən 500-dən çox müraciət daxil olur, onlardan yalnız 50-i seçilir).

Həmçinin, WoWoman artıq lokal deyil, qlobal fəaliyyət göstərən platformadır. Zara’nın çıxışında biz 10-a yaxın müxtəlif ölkədəki fəaliyyət haqda məlumatlar dinlədik. Azərbaycanda başlayıb, bu gün dünyanın bir neçə nöqtəsində iş görən bir qurumun olması çox sevindiricidir.

Hər dəfə WoWoman-ın hansısa layihəsinə dəvət olunanda çox sevinirəm, çalışıram mümkün qədər o layihədə iştirak edim. Çünki qadınların inkişafını cəmiyyətin inkişafı üçün ən önəmli faktorlardan biri hesab edirəm və bu yolda atılan hər bir addıma dəstək verməyə çalışıram.

Mediamark Agentliyi üçün elan etdiyimiz  vakansiyalara müraciət edən xanımların WoWoman üzvü olduğunu biləndə həmin namizədlərin seçilmə şansı avtomatik olaraq artır. Çünki o çevrənin “havasını udmuş, suyunu içmiş” xanımlar daha uğurlu olduğunu görürük.

Platformanın 2018-ci il hədəfləri isə daha böyükdür. Öncəki illərdən daha çox tədbir, daha fərqli sahələr, daha böyük auditoriya… Zara və WoWoman komandasının əzmini və uğurlarını yalnız alqışlamaq olar!

 

#WoWoman3Years – Tədbirdən görüntülər:

#WoWoman3Years 🎉🎈👏🏻

A post shared by Orkhan Rzayev (@orkhanrza) on

Bugün @wowoman_az-ın yaranmasının 3 illiyi ilə bağlı tədbirdə ilk dəfə olaraq iştirak etdim.İnanırsız, heç də peşman olmadım,yaxşı ki,3-4 gün əvvəl qeydiyyatdan keçdim və bu möhtəşəm tədbirə qatılmaq imkanım oldu.Sonda özümə belə bir sual verdim: görəsən niyə bundan öncə @wowoman_az-ın təşkil etdiyi seminarlara qatılmamışam və ya qatılmaq imkanım olmayıb?🤔Bəlkə də əvvəllər qatılmadığım üçün çox şey qaçırmış ola bilərəm,amma onu deyə bilərəm ki,bugün 2-3 saat ərzində bir çox şey öyrənmiş və yeni məlumatlar əldə etmiş oldum.Bütün bunlara görə çox sevindim və belə bir layihəni yaratdığı üçün @zara.a.h xanımla qürur duydum.Həqiqətən 3 il ərzində çox böyük nailiyyətlər əldə olunub.👏🏻Çoxsağolun @wowoman_az ailəsi belə möhtəşəm tədbir üçün.🖤 #WoWoman3years #Narvinsblog✨#today🖤

A post shared by From Western Azerbaijan🇦🇿 (@narvinsblog) on

Wish YOU lots of luck, WOWOMAN! 🎉 #wowoman3years

A post shared by Whatsapp +994 55 877 24 44 (@kitabevim_az) on

The post WoWoman Platforması 3 yaşında! appeared first on Orxan Rzayevin bloqu.


Viewing all articles
Browse latest Browse all 202

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ