Quantcast
Channel: Orxan Rzayev – Orxan Rzayev's blog
Viewing all articles
Browse latest Browse all 202

Sosial mediada VİDEO paylaşarkən diqqət edilməli – 4 MƏQAM

$
0
0

Çox güman ki, son zamanlar Facebook’da rastınıza çıxan paylaşımlar arasında video-paylaşımların artmasını çoxlarınız hiss edib. Bu, bir tərəfdən video-paylaşımların sayının artması ilə bağlıdırsa, digər tərəfdən Facebook’un video-paylaşımlara üstünlük verməsi, onları daha çox önə çıxarması ilə bağlıdır. Video hazırlanması və paylaşılmasının getdikcə daha rahat olduğu bu dövrdə istifadəçilərin video paylaşımları sürətlə artır. Orkhanrza.com’da bu haqda bir neçə yazı dərc etmişik.

Video həyatımızda o qədər önəmli yerə gəlib çatıb ki, e-mail göndərərkən başlıqda “Video” sözünün qeyd olunması e-mail’in oxunması ehtimalını 19% artırır.

Araşdırmalar göstərir ki, marketoloqların 87%-i marketinq strategiyalarına video-məzmun daxil edirlər. Bu, qlobal araşdırmanın nəticəsidir, Azərbaycanda bu göstəricinin daha aşağı olduğunu deyə bilərik, amma video-məzmun bizim marketoloqlar arasında da populyarlaşmaqdadır.

Bu reallıqdır ki, ABŞ-da, Avropada, ümumən götürsək, qlobal miqyasda üzə çıxan dijital, sosial media trendlərinin dalğası ölkəmizə bir müddət sonra çatır. Buna görə də qlobal dəyişiklikləri izləməklə bəzi hallarda ölkədəki trendləri qabaqlamaq olur.

Bu baxımdan aşağıdakı məlumatlar Azərbaycanlı marketoloqlar üçün maraqlı ola bilər:

  • İnternet istifadəçilərinin 90%-i bildirir ki, onların alış-veriş etməyinə video məzmun kömək edir,
  • Hansısa məhsul haqda video izləmək istəyən istifadəçilərin sayı məhsul haqda yazılı məlumat oxumaqdan istəyənlərdən 4 dəfə çoxdur,
  • Video paylaşım foto və mətn paylaşımlarının cəmindən 12 dəfə daha çox paylaşılır,
  • Snapchat’da 1 gündə 10 milyard, Facebook’da 8 milyard videoya baxılır.

Qeyd olunanlardan aydın olur ki, video-məzmun həyatımıza ciddi nüfuz edib. Buna görə də istər marketinq fəaliyyətimizdə, istərsə də şəxsi sosial media hesablarımızda daha effektiv nəticə əldə etmək istəyiriksə  video-məzmunlardan istifadə etməyimiz şərtdir. Bəs video-məzmun hazırlayarkən nələrə diqqət etmək lazımdır? Bu mövzu birbaşa bizim işimizlə əlaqəli olduğundan mütəmadi bu haqda informasiya əldə etməyə, araşdırmağa, Orkhanrza.com’da bölüşməyə çalışırıq.

Aşağıda video paylaşarkən faydalı ola biləcək 4 məqamı diqqətinizə çatdırırıq:

1. 30-60 SANİYƏLİK VİDEOLAR

Şəxsən mən Facebook’da və Tvitter’də 30-40 saniyəlik video görəndə əksər hallarda izləyirəm (mənə maraqlı olan mövzudursa).  Qlobal statistika da mənim istəyimlə oxşardır: 30-60 saniyə. Mütəxəssislərin Facebook-da ideal hesab etdikləri video uzunluğu məhz belədir. Linkedin platformasına 10 dəqiqəyədək video yükləmək mümkündür, lakin Linkedin özü məsləhət görür ki, videonuz minimum 30 saniyə, maksimum 5 dəqiqə olsun. Instagram videolarının uzunluğu 1 dəqiqəyədək mümkün olsa da daha yaxşı nəticə göstərən videolar 30 saniyəyədək uzunluqda olanlardır.

2. İLK 3 SANİYƏYƏ DİQQƏT!

Vaxtımızın olduqca məhdud olduğu bu dövrdə sosial media oturub qarşımıza çıxan hər videonu izləmək imkanımız və hövsələmiz yoxdur. Biz yalnız ilk anlardaca diqqətimizi cəld edən videoları izləyirik. Araşdırmalar göstərir ki, videonun ilk 3 saniyəsini izləyən istifadəçilərin 65%-i videonun ən azı 10 saniyəsini, 45%-i isə ən azı 30 saniyəsini izləyir. Buna görə də paylaşacağınız video ilk saniyələrdə istifadəçidə maraq oyatmalıdır. Bu amilə diqqət etmək önəmlidir.

3. KVADRAT VİDEO

Maraqlı bir statistika isə videoların ölçüsü ilə bağlı aparılan araşdırma sonrası ortaya çıxıb. Belə ki, Facebook-da paylaşılan kvadrat ölçülü videolar horizontal (4:3, 16:9) videolardan 30%-35% daha çox istifadəçiyə çatır və 80% daha çox reaksiya toplayır. Bunun əsas səbəblərindən biri odur ki, kvadrat video mobil cihazlarda horizontal (vertikal) videodan daha çox yer tutur, beləliklə də kvadrat videodan vahid zamanda daha çox informasiya almaq olur.

P.s. Bu qayda şəkillərə də aiddir.

(Photo credit: Vpoint.tv)

4. CANLI YAYIM (LIVE VIDEO)

Sosial mediada aktivlik yaratmaq üçün növbəti addım Canlı Yayım (Live Video) etmək ola bilər. Sosial şəbəkə sahibləri canlı yayımlanan videoları önə çıxarmaqda, daha çox insana göstərməkdə maraqlıdırlar. Ona görə hazırda canlı yayımlanan video paylaşılan adi videodan daha çox reach (reklamsız əldə olunan baxış) toplayır. Nə qədər ki, bu qayda dəyişməyib, Live Video ilə daha çox istifadəçiyə çatmağa çalışmaq lazımdır.

Videonun dijital dünyada dominantlığı bundan sonra da davam edəcək. Sosial media fəaliyyətimizdə effekt əldə emək üçün keyfiyyətli, qısa-lakonik və diqqət cəlb edən video-məzmunlar hazırlamalıyıq.

İstinad mənbələri: Inc.com Socialmediatoday.com, Breadnbeyond.com, Markgrowth.com.

The post Sosial mediada VİDEO paylaşarkən diqqət edilməli – 4 MƏQAM appeared first on Orxan Rzayevin bloqu.


Viewing all articles
Browse latest Browse all 202

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ