Quantcast
Channel: Orxan Rzayev – Orxan Rzayev's blog
Viewing all articles
Browse latest Browse all 202

Paytaxt Sofiyada qarşılaşdığım 10 maraqlı məqam (Bolqarıstan gündəliyi #1)

$
0
0

Növbəti 3 yazıda siz Bolqarıstan gündəliyi ilə tanış olacaqsınız.

İlk öncə onu qeyd edim ki, Sofiya səfəri son 3 ayda Buta Airways ilə 3-cü səfərim idi. Mart ayında Tehrana, Aprel ayında isə İstanbula səfər etmişdim. İlk Buta təcrübəm barədə bloq yazısı paylaşmışdım.  3-cü səfərimdən sonra da təəssüratım yazıda olduğu kimidir, yəni müsbət.

 

Bolqarıstan 110 min kv. km əraziyə, 7,1 milyon əhaliyə sahib ölkədir. Onu qeyd edim ki, bu ölkə əhalisi azalmaqda olan ölkələr sırasındadır və proqnozlara görə 2030-cü ilə ölkə əhalisinin sayı 6,5 milyona, 2050-ci ildə isə 5,5 milyona enəcək.

Ölkənin pul vahidi lev dəyərinə görə manatla demək olar, eynidir (1 lev – 1.03 manatdır). Danışıq dili rus dilinə çox yaxındır, aktiv istifadə olunan bir çox sözlər sanki, rus və türk dilinin qarışığı sözlərdir. Həmçinin ölkənin milli mətbəxi də rus və türk mətbəxinə çox yaxındır.

Paytaxt Sofiya 1,5 milyon (bəzi mənbələrə görə 2 milyon) əhalisi olan, ölkənin ən böyük və strateji şəhəridir. Sofiyada bir həftə oldum, iki beynəlxalq tədbirdə iştirak etdim, bununla yanaşı şəhərlə yaxından tanış olmaq imkanı qazandım. Bu müddətdə rastıma çıxan maraqlı məqamları sizlərlə bölüşmək istəyirəm. İnanıram ki, bu yazı Sofiyaya səfər edəcək olan şəxslər üçün də faydalı olacaq.

1. Nəqliyyat

Metronun sonuncu stansiyalarından biri Sofiya aeroportudur. Bun görə də aeroportdan şəhərin əsas nöqtələrinə metro ilə gedə bilirsiniz. Sofiyada nəqliyyatın qiyməti Bakı ilə müqayisədə çox bahadır: 1 gediş – 1.6 lev. Amma burada “Daily Card” var ki, bu kartla bütün ictimai nəqliyyat sistemindən (metro, avtobus, trolleybus, tramvay) gün ərzində limitsiz istifadə edə bilərsiniz. Kartın qiyməti 4 lev’dir. Buna görə də Sofiyaya səfər edənlər üçün bu kart əladır.

Ümumiyyətlə Sofiyada ictimai nəqliyyatın fəaliyyəti əladır. İlk dəfə idi ki, olduğum xarici bir şəhərdə taksidən istifadə etmədim. Yuxarıda qeyd etdiyim kimi, avtobus və metrodan başqa tramvay və trolleybus da fəaliyyətdədir və bir turistə lazım olan əsas nöqtələrə ictimai nəqliyyatla sürətli şəkildə gedə bilirsiniz.

Eway.bg adlı əla bir sayt var, bunun vasitəsilə bütün növ ictimai nəqliyyatın marşrut xətti, dayanacaqları və s. haqda məlumat almaq olur.

Metro iki xətdən ibarərdir, ona görə də stansiyaları tapmaq çətin olmur. Serdika stansiyası iki xətti birləşdirir. Elə şəhərin mərkəzi də Serdika stansiyası olan ərazilərdir. “Vitoşa Bulvarı” adlandırılan, Sofiyanın “Tarqovı”sı da məhz Serdika stansiyasının yaxınlığında başlayır.

2. Serdika metro stansiyası

Serdika stansiyasının maraqlı quruluşu var. Stansiyaya ilk dəfə daxil olanda diqqətimi çəkdi. Stansiya şəhərin düz mərkəzində yerləşir. Buradan bir çox məşhur turistik nöqtələrə ayaqla gedə bilirsiniz.

3. Daş örtülü yollar

Çəkdiyim şəkillərə diqqət etsəniz görəcəksiniz ki, şəhərin əksər yolları asfalt deyil, daş örtülü yollardır. Hiss olunur ki, yollara düzülən daşların onillərlə yaşı var. Amma yolların vəziyyəti əladır.

4. Başdan-başa yaşıllıq

Bakıdan gələn turist üçün Sofiyada həsrətlə baxacağı ilk şeylərdən biri şəhərin yaşıllığıdır. Nəhəng və yaşı çox olan ağacları şəhərin demək olar, bütün küçələrində görmək olur. Şəhərdə xeyli sayda park var ki, o parklar da başdan başa yaşıllıq içərisindədir. Bir sözlə, Sofiyada ciyərləriniz bayram edir.

5. Qiymətlər

Expatistan.com saytından indiyədək istifadə etməmisinizsə baxın mütləq. Müxtəlif şəhərlərdəki ortalama qiyməti müqayisə edib, hansı şəhərin baha, hansının ucuz olduğunu göstərir. O saytda Sofiyanın Bakıdan 31% baha şəhər olduğu göstərilir, amma məncə fərq o qədər deyildi. Bir çox qiymətlər Bakı ilə aşağı-yuxarı eyni, bəziləri 10%-30% baha idi. Amma bəzi qiymətlərdə kifayət qədər fərq var idi (benzin – 2-2.5 lev, çörək 1-3 lev və s.)

(Foto: Pizzeria Ugo, Vitosha Bul.)

6. Aleksandr Nevski kilsəsi.

Sofiyanın əsas simvollarından sayılan bu məbəd dünyada ən böyük ortodoks kilsələrindən biridir. Eyni anda 10 min insanı qəbul edə bilir.

Şəhərin əksər turistik məkanlarından fərqli olaraq, bu kilsənin daxilində foto-video çəkmək istəsəniz 10 lev ödəməli olacaqsınız.

7. Parklar

Sofiyada çoxlu parklar var. Nəhəng ağaclarla əhatələnən, bir sıra tarixi və turistik obyektlər yerləşən bu parklarda insanlar sözün əsl mənasında istirahət edirlər. Baxırsan ki, 3-4 nəfər musiqinin səsini yüksəldib, oynamağa başlayırlar. Yoldan keçənlər də çantasını kənara qoyub, gəlir qoşulur oynayanlara, birlikdə oynayırlar.

8. Sofiyanın “Tarqovı”sı – Vitoşa Bulvarı

Vitoşa küçəsi müxtəlif restoranların və brend geyim mağazalarının yerləşdiyi küçədir. Müşahidə etdiyim maraqlı bir məqam o oldu ki, bu küçədə demək olar hər gün mitinq olurdu. 4-5 polis mitinq iştirakçılarının önündə, 4-5’i isə arxalarında hərəkət edirdi. Yüzlərlə insan isə şüar səsləndirib, qazan, dəmir parçalarının bir-birinə vurub, səs-küy salırdılar. Maraqlıdır ki, bu, heç kimdə narahatlıq yaratmırdı.

9. Mall of Sofia

“Mall of Sofia” şəhərin ən böyük alış-veriş mərkəzlərindən biridir. Burada siz elə Bakıda da gördüyümüz bir çox məşhur qlobal brendlərin mağazalarını görə bilərsiniz. Restoran mərtəbəsində isə bəyəndiyim iki yer oldu: 1) “Аби” türk şirniyyat məkanı, 2) “Pizza Lab”. Burada pizzanın hazırlanması maraqlı idi, qarşında olan bütün ət və tərəvəz məhsullarından, cürbəcür souslardan seçib, pizzaya əlavə etdirirsən, cəmi 2 dəqiqəyə hazır olub, sənə təqdim edilir. Pizzaları da dadlı idi.

10. Tolerantlıq

Bələdçinin dediyinə görə, Sofiya dünyada ən tolerant şəhərlərdən biri sayılır. Siz Serdika stansiyasında düşüb, şəhərə çıxsanız, bir nöqtədə durmaqla həm kilsə, həm məscid, həm də sinaqoq görə bilərsiniz.

Bir sözlə, bəzilərinin “Şərqi Avropanın Parisi” adlandırdıqları Sofiya sadə, amma gözəl havası və rahatlığı ilə görməli şəhərdir.

Növbəti yazılarda “Veliko Tarnovo” və “Plovdiv” haqda oxuya biləcəksiniz.

Sofiya Bolqarıstan

 

The post Paytaxt Sofiyada qarşılaşdığım 10 maraqlı məqam (Bolqarıstan gündəliyi #1) appeared first on Orxan Rzayevin bloqu.


Viewing all articles
Browse latest Browse all 202

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ