Quantcast
Channel: Orxan Rzayev – Orxan Rzayev's blog
Viewing all articles
Browse latest Browse all 202

Külək – ilk milli Superqəhrəmanlar haqda kitab

$
0
0

Zəhraya (böyük qızım, 6 yaş) mütəmadi olaraq oyuncaqla bərabər müxtəlif mövzularda kitablar da alıram. Azərbaycan dilində kitabların sayı son illərdə çoxalsa da xüsusən hekəyalər və s. mövzularda olan kitabların demək olar ki, hamısı xarici ədəbiyyatdan tərcümələr, xarici superqəhrəmanlar haqqında olan kitablardır.

Zəhranın TV-də izlədiyi cizgi filmləri də “Anna”, “Elza”, “Superman” kimi qəhrəmanlar, YouTube’da baxdığı videolar da “Johny, Johny, Yes Papa” və ya “Mommy shark doo doo doo doo” kimi videolardır.

Valideyn olduqdan sonra bu problemi daha aydın görməyə başlamışam. Milli mədəniyyətimizi, milli kimliyimizi, Azərbaycanı, azərbaycanlıları təqdim edən uşaq ədəbiyyatının, cizgi filmlərin barmaqla sayılası qədər olması övladlarımızın dünyagörüşünün formalaşması üçün ciddi problemdir.

Amma bir neçə gün öncə Xüyla Cəfərovanın müəllifi olduğu “Külək. Yel kürəsinin şahzadəsi” kitabının təqdimat mərasimində iştirak edərkən çox sevindim.

 

Təqdimat mərasimi

Kitabın təqdimatı Daş Salnamə Muzeyində təşkil olunmuşdu. Məkanın seçimindən artıq fərqlilik hiss olunurdu. Tam da kitabın ab-havasına uyğun yer idi. Təqdimat da kifayət qədər maraqlı oldu. Tədbirdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin rəsmisi Məzahir Əfəndiyev, millət vəkili Qənirə Paşayeva, Tünzalə Ağayeva və digər qonaqları gördük. Onlar da kitab haqda fikirlərini bölüşdülər.

Kitab haqqında

Ədəbiyyatımızda ilk milli superqəhrəmanların macəralarından bəhs edən “Külək – Yel Kürəsinin Şahzadəsi” romanı yazının əvvəlində danışdığım problemin həllinə kömək edəcək addımlardan biridir. Roman fantastika janrındadır. Əsər “Yel Kürəsi”nin fövqəlgüclərə malik olan superqəhrəmanlarının timsalında xeyirlə şərin mübarizəsindən bəhs edir. Romanda alternativ reallıqlar ortaya qoyulub və Bakının Qız Qalası, Atəşgah, Yanardağ, İçərişəhər, Bayıl qəsri, Alov qüllələri və s. kimi məkanları mistik bir formada oxucuya təqdim olunur.

Kitabı evə apardığım gündən Zəhra anası ilə kitabı oxuyur. Açığı kitaba necə reaksiya verəcəyi mənə maraqlı idi, çünki daimi xarici superqəhrəmanları izlədiyindən bu milli versiya nə dərəcədə xoşuna gələcək, o haqda şübhəm var idi. Amma məlum oldu ki, Zəhra böyük maraqla oxuyur kitabı. Mən işdən evə gələndə bəzən ordakı səhnələri danışır mənə :)

Buna çox sevindim. Demək ki, bu kitab “Anna”, “Elza” izləmiş bir uşağın diqqətini cəlb edə bilirsə keyfiyyətli bir kitabdır.

Əlavə edim ki, “Külək. Yel kürəsinin şahzadəsi” kitabı ASAN Könüllülük Məktəbinin dəstəyi ilə “TEAS Press” Nəşriyyat Evi tərəfindən “3 alma” əmtəə nişanı ilə nəşr olunub.

 

Böyüklər üçün də maraqlıdır!

Kitabın maraqlı bir tərəfi də odur ki, bu kitab yalnız uşaqlar üçün yazılmayıb. Kitabın auditoriyası əslində bütün yaş qruplarıdır. Elə Kitabı sosial media səhifələrinə göz gəzdirəndə görürük ki, kitabı oxuyan, bəyənən insanlar təkcə uşaqlar deyil.

 

Planda nələr var?

Ötən gün aldığım məlumata görə Kitab artıq türk dilinə tərcümə olunur. Üstəgəl, Kitabın seriya şəklində davamlı olaraq nəşrləri planlaşdırılıb. Hazırda ikinci hissəsi yazılır.

Həmçinin Kitabın tamaşaya qoyulması üçün artıq müəllifə müraciət olunub. Ola bilər yaxın zamanlarda biz Küləyin tamaşasını da izləyə bilərik.

Müəllifin dediyinə görə, gələcəkdə bu kitabın əsasında cizgi filmi çəkilməsini arzulayır. Niyə də yox?! Düşünürəm ki, kitab qısa zamanda belə böyük maraqla qarşılanıbsa, növbəti seriyaları da yazılırsa, bir müddət sonra mütləq cizgi filmi çəkilməsi zərurət olacaq. O zaman bizim də övladlarımız “Mommy shark doo doo doo doo” çərçivəsindən çıxa biləcək.

 

Sonda  Xülya xanıma bu gözəl addımı üçün təşəkkür edirəm, növbəti addımların daha faydalı, daha səs-küylü olmasını arzulayıram!

 


Kitab haqda yenilikləri Facebook Səhifəsindən izləyə bilərsiniz.

 

The post Külək – ilk milli Superqəhrəmanlar haqda kitab appeared first on Orxan Rzayevin bloqu.


Viewing all articles
Browse latest Browse all 202

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ