Quantcast
Channel: Orxan Rzayev – Orxan Rzayev's blog
Viewing all articles
Browse latest Browse all 202

Eleven Kings – futbol menecer oyunu haqda

$
0
0

2017-ci ilin iyununda ABŞ-dan qayıtdıqdan sonra oyun biznesi barədə daha çox düşünməyə, araşdırmağa başladım.

Uşaqlıqdan, ağlım kəsəndən futbol izləməyi və həm də futbol oyunları oynamağı sevmişəm. İndiyədək dünyada oynamadığım futbol menecer oyunu yoxdur, deyərdim. Bir gün belə bir oyun yaratmaq olarmı deyə düşündüm. Proqramçı dostlardan bu barədə soruşdum, çünki bilirəm ki, o cür oyunlarda həddən çox qarışıq alqoritmlər işləyir, Azərbaycanda belə bir sistemi yazacaq insanların olmasına şübhə edirdim açığı, proqramçılar bunun mümkün olduğunu bildirdilər.

Bununla da qərara gəldim ki, futbol menecer oyunu yaradaq. 2017-ci ilin avqustundan biznes plan üzərində işləməyə başladıq, bir müddət sonra ilkin dizayn işləri həll edildi və kodlaşdırmaya başlanıldı. 3-5 aya bitəcəyini proqnozlaşdırsaq da oyunun Beta versiyasının istifadəyə verilməsi 16 aya yaxın vaxt apardı.

2019-cu il, Yanvarın 18-i oyunun BETA versiyası istifadəyə verildi. Eleven Kings, dünyada olan 500 milyona yaxın futbol oyun həvəskarlarını bir yerə toplamağı və dünyanın ən böyük futbol oyun platforması olmağı hədəfləyir.

Hazırda həm futbol sektoru, həm də oyun sektoru dünyada çox böyük bizneslərin dövr etdiyi sektorlardır. Hər il yüz milyardlarla dollar vəsait bu sektorlarda dövr edir. Bu iki sektoru birləşdirən bir platforma qurmaq, uğurlu olacağı təqdirdə, fantiastik nəticələr verə bilər.

Azərbaycandan indiyədək bu cür platforma qurulması təcrübəsi olmadığından ətrafmızdakı insanların buna ciddi yanaşması, hətta biznes kimi görməsi çox çətin oldu. İndinin özündə də bu platformadan necə pul qazanmaq olar, bu platforma necə milyonlarla dollar dəyər qazana bilər kimi suallar verilir.

Çətin olsa da çalışacağıq ki, qoyduğumuz hədəfə mümkün qədər yaxınlaşaq. Ola bilər startapın dəyəri milyard dollara çatacaq, ola da bilər heç 10 milyon dollara çatmayacaq. Amma bu işi görmək özü çox həyəcanlı və motivəedicidir.

Eleven Kings, dünyada məşhur olan “Top Eleven”, “OSM”,  “FM” kimi oyunların bənzəridir. Qeydiyyatdan keçən istifadəçi futbol klubunun rəhbəri olur, heyətdəki oyunçuları məşq elətdirməklə güclərini artırır, transfer etməklə oyunçu alıb-satır, turnirlərdə iştirak edir, qələbələ və titullar qazanır. Ölkə və Dünya reytinqində irəli getməyə çalışır.

Planda çox maraqlı funksiyalar var ki, oyun həvəskarlarının marağını cəlb edəcək. İndiki BETA versiyası isə sadə, ilkin funksiyalardan ibarətdir.

Oyuna buradan keçid etmək mümkündür: https://elevenkings.com

The post Eleven Kings – futbol menecer oyunu haqda appeared first on Orxan Rzayevin bloqu.


Viewing all articles
Browse latest Browse all 202

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ