“Fake followers”lərdən ehtiyatlı olun!
*Örtük şəkli Sprout Social platformasından götürülüb. *Cover photo source: Sprout Social
Mark Zükerberqin komandası son illərdə “saxta” stifadəçilərlə (fake followers) imübarizəni gücləndirib. Artıq 4-5 il öncədə olduğu kmi rahatlıqla saxta izləyici toplamaq mümkün deyil. İndi Facebook’un tətbiq etdiyi müxtəlif alqoritmlər bu kimi halları analiz edir, aşkar edir və müdaxilə edir.
Son 3 ildə dəfələrlə Facebook səhifəsində və ya Instagram profilində izləyici sayının qəfil kəskin azalmasına rast gəlinib. Bu, yığılmış saxta izləyicilərin sistem tərəfindən təmizlənməsi səbəbilə baş verib. Məsələn, 110 min izləyicisi olan səhifə sahibi bir səhər oyandığında izləyici sayının 60-70 minə endiyini görüb.
Hazırda isə Facebook şirkəti bu işi daha ciddi şəkildə həyata keçirir. Bir neçə gün öncə Instagram-la bağlı açıqlanan növbəti yenilik də birbaşa bununla əlaqədar idi.
Tətbiq olunan yenilik sayəsində Instagram-a qoşulan kənar tətbiqlər vasitəsilə izləyici sayının, hesabın aktivliyinin artırılması əngəllənəcək. Bunun üçün Instagram profil sahiblərinə hesabının şifrəsini dəyişməsini, hesabdan çıxış edib, yenidən daxil olmasını tələb edir. Bu yenilik nəticəsində profilinə saxta izləyici yığanlar üçün təhlükə daha da artdı. Artıq həmin profillər daha diqqətli olmalıdırlar.
Sosial media hesablarına hansısa proqram qoşmaqla izləyici sayı və ya aktivliyinin artırılması hazırda tövsiyə olunmur. Yuxarıda qeyd etdiyimiz səbəblərdən, belə hesablar birdəfəlik bağlana bilər. Hesabları qorumaq üçün onu yalnız qaydalara uyğun şəkildə (adi paylaşımlarla və ya ödənişli relam etməklə) aktiv saxlamaq lazımdır.
The post Instagram profilinə “fake followers” yığanlar üçün təhlükə appeared first on Orxan Rzayevin bloqu.