Mayın 29u səhər yoldaşımla Krakow’dan Budapeştə Flixbus’la yola çıxdıq. Yolda gedərkən boat tour üçün online rezervasiya etmək istəyirdik. Elə bu vaxt whatsapp’ıma bir mesaj gəldi. Tanımadığım bir nəfər yazıb xahiş etdi ki, ciddi bir maddi sıxıntısı yaranıb, kömək istəyir, mənim də nömrəmi hardansa təsadüfi tapıb. Elə oldu ki, hesabına kiçik bir məbləğ göndərdim, adam xeyli dua etdi, sonda belə bir cümlə işlətdi ki, “Allah bu duanı cavabsız qoymaz”. Nəisə, mən də təşəkkür etdim, sağollaşdıq, yoldaşımla boat tour’lara baxmağa davam etdik.
Bir neçə dəqiqə sonra avtobus girdi təmir gedən yola. Sürət azaldı, beləliklə Budapeştə 1 saat gec çatdıq. Otelə yerləşdik, ac idik deyə dedik tez yemək yeyib gedək ki, heç olmasa 19:00 ya 20:00 gəzintisinə çataq. Otelin yaxınlığındakı bir italyan restoranına getdik, o qədər ləng hərəkət elədilər ki, azı 1 saat itirdik orada. Mən də narazılığımı bildirdim restorana. Çıxdıq, baxdıq ki, çata bilmirik 20:00 gəzintisinə də. Təəssüflənib, 22:00 gəzintisinə bilet aldıq.
22:00 oldu, gəmiyə oturduq və gəmidə anons: Bizdən öncə çıxan gəmilərdən biri qəzaya uğrayıb, 30dan çox adam suda itkin düşüb, fövqəladə vəziyyət elan olunub, bütün gəmi səfərləri təxirə salınıb.
Dəqiq deyə bilmərəm, həmin adamın duasımı səbəb oldu, amma avtobus və restoran bizi gecikdirməsəydi, bəlkə də o batan gəmidə olacaqdıq…
Növbəti gün isə təşkilatçılar bizi 14:00 gəmi gəzintisinə dəvət etdi, hər şey yaxşı keçdi. Belə.
The post “Sırlar Dünyası – Budapeşt” (və ya ölümün bir addımlığından necə döndük) appeared first on Orxan Rzayevin bloqu.