Mənim kimi futbol xəstəsi olan adamı hazırda dünənki biabırçılıqdan (oxu: 2020 Avropa Çempionatı, seçmə mərhələsi, Azərbaycan 1-5 Slovakiya) çox bu fakt düşündürür:
Şəkildə gördüyünüz, yaşları 23 olan Henrique Dubugras və Pedro Franceschi 2 il öncə Brex adlı startap qurub və ötən gün aldıqları növbəti $100M investisiya ilə startapın dəyəri 2.6 milayrd dollara çatıb!
Cəmi 2 il öncə 22 yaşlı iki adamın başlatdığı iş – $2.6mlrd.
Və bu xəbərlər hər gün çıxır, hər gün…
Son BİR HƏFTƏDƏ dünyada
– 306 startap 5.7 milyard dollar investisiya cəlb edib, bu ortalama hər startapa $20M investisiya deməkdir,
– 129 startap toplamda 32.1 milyard dollara satılıb, bu satılan hər startapın ortalama qiymətinin $250M olması deməkdir .
Bizim üçün hələ ki, bu statistikalar fantastikadır, xəyaldır. Amma o əjdahadan bizdə də olacaq, mütləq olacaq! Mən inanıram!
—
Oxu: Eleven Kings, futbol oyun startapı haqda
The post $20M investisiya alan, $250M-a satılan startaplar… appeared first on Orxan Rzayevin bloqu.