STARTAPLAR!
Yenə bu statistika çıxdı qabağıma: Son bir həftədə startaplara 23 milyard dollar investisiya edilib, startapların alınması üçün isə 44.5 milyard dollar xərclənilib.

Aşağıdakı siyahıda isə SON BİR İLDƏ satılan startapların sadəcə BİR NEÇƏSİNİ görə bilərsiniz:
– Forty Seven (Yaranma tarixi: 2014) – 4.9 milyard dollara satılıb.
– Synthorx (2014) – 2.5 milyard dollara satılıb.
– Pivotal (2013) – 2.7 milyard dollara satılıb.
– Plaid (2012) – 5.3 milyard dollara satılıb.
– Honey (2012) – 4 milyard dollara satılıb.
– Looker (2011) – 2.6 milyard dollara satılıb.
– Kantar (2010) – 4 milyard dollara satılıb.
Bunlar son bir ildə satılan startaplardan sadəcə bir neçəsidir. Bu startapların yarandığı illərə fikir verin. 2010, 2012, 2014. Yəni “gözümüzün qabağında” yaranan startaplar 3, 4, 5 milyard dollar dəyərə qalxıb və daha böyük şirkətlər tərəfindən alınıb. “Gözümüzün qabağında” sıfırdan startap quran neçə nəfər milyarder olub, saysız hesabsız adam on milyonlar, yüz milyonlar qazanıb.
Mən bu siyahıya, bu statistikaya maraq xatirinə baxmıram, hədəf olaraq baxıram. Bir gün bizim də adımız bir siyahıda olacaq.
Adamı pisikdirən, ağrıdan budur ki, biz dünyanı dəyişəcək hədəflər qoyub, iş görmək istəyirik, 10 min dollar tapmaq üçün günlərlə, həftələrlə 50 nəfərlə danışıq, müzakirə edirik, əziyyət çəkirik.
Amma hansısa şərəfsizlərin, vicdansızların evindən dövlətdən, xalqdan taladığı milyonlar çıxır, on o qədəri də yəqin ki, xarici banklardadır. Biz nə etmək istəyirik, nə çətinliklə üzləşirik, onlar nə edir, nə şəraitdə yaşayır. Adam belə xəbərləri görəndə əsəb keçirir.
Amma motivasiyamız var: Biz əziyyət çəkirik çünki, milyonları əziyyətlə, alnımızın təri ilə qazanmağı hədəf qoymuşuq, alçaqlıqla yox. Azərbaycanımıza fayda verən, inkişafına təkan verən də bizlər olacağıq, onlar yox.
Çətini ilk milyonu qazanana kimidir… Dözərik…
–
Digər yazıları oxu:
- Eleven Kings-in qurucusu: Hədəfimiz yaxın 5 ildə 1 milyard dollarlıq startapa çevrilməkdir
- Oyuna pul xərcləyən Eleven Kings istifadəçiləri gələcəyə nə proqnoz verir?
- Azərbaycanlı olduğuma görə Juventus Hotel’də gördüyüm hörmət
The post Evindən milyonlar çıxan Şərəfsizlər və Startaplar haqqında appeared first on Orxan Rzayevin bloqu.