Son günlər işğalçı Ermənistanın öz ənənəsinə sadiq qalaraq yenidən Azərbaycan torpaqlarına hücum etməsi, gərginlik yaratması sosial mediada da geniş səs-küy yaradıb. Maraqlı və təhlükəli tərəfi isə odur ki, bizim erməni tərəfini ittiham etdiyimiz kimi erməni tərəfi də Azərbaycanı hücumu başlatmaqda, dinc əhaliyə qarşı atəş açmaqda və erməni sərhədlərini pozmaqda ittiham edir. Belə olan halda isə informasiyanın düzgün, operativ və geniş auditoriyaya çatdırlması həqiqəti dünya ictimaiyyətinə çatdırmaq baxımından çox önəmlidir.
Həm əhali, həm sosial media istifadəçi sayına görə Azərbaycan Ermənistandan xeyli öndədir. Xüsusən Instagram auditoriyamiz ermənilərdən 4 dəfəyək böyükdür.


Bu üstünlükdən istifadə etmək üçün sosial medianın qaydalarını yaxşı bilməli, tətbiq etməli, həmçinin dezinformasiyanın yayılmamasına kömək etmək lazımdır.
Aşağıda düşmən ölkənin istifadəçiləri ilə apardığımız dijital mübarizədə nəzərə almalı olduğumuz 7 məqamı qeyd edirəm:
–
1. Yalnız rəsmi xəbərləri yaymaq
Hazırda bu, çox stratejidir. çünki Ermənistanın yüzlərlə səlis azərbaycan dilində danışan və yazan “ordusu” cürbəcür real olmayan, panika yaymağa hesablanmış səslər yayır, paylaşımlar edirlər. Bir çox istifadəçilərimiz də təəssüf ki, bunu olduğu kimi ətraflı ilə, sosial media hesablarında yayırlar. Bu, çox risklidir. Yalnız əsmi xəbərlərə istinad etmək vacibdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu istiqamətdə yetərincə operativ işləyir. Məlumatları Nazirliyin vebsaytından, rəsmi Facebook, Twitter və YouTube kanallarından əldə edib paylaşaq.
–
2. Paylaşımlarda vahid haştaq istifadə etmək
Sosial medianın ən faydalı funksiyalarından biri eyni mövzuda edilən paylaşımların vahid mənbədə toplanması üçün tətbiq olunan haştaq (#) funksiyasıdır. Paylaşımın sonuna mövzuya uyğun haştaq əlavə edildikdə başqaları o haştaqa klikləməklə həmin mövzudan paylaşılan bütün informasiyanı vahid mənbədən əldə etmiş olur. Hazırkı vəziyyətlə bağlı iki haştaq daha populyardır və bütün paylaşımlarda bu haştaqlardan istifadə etmək faydalıdır:
#ArmenianAggression
#KarabakhisAzerbaijan
–
3. Bir şərh, on min like!
Düşmənin paylaşımlarına saysız hesabsız rəy yazırıq, bu əladır və həmin paylaşımlarda Azərbaycan bayrağı, Azərbaycana dəstək o paylaşımın təsir gücünü azalda bilir. Amma biz daha yaxşı addım ata bilərik. Məsələn, bir həmyerlimizin tutarlı cavabına digərləri like qoysa o zaman o şərh önə çıxır və düşmənin həmin paylaşımınıa girən istənilən şəxs azərbaycanlının verdiyi tutarlı arqumenti ilk sırada görməyə məcbur olur. Yəni 10 min nəfər 1 şərh yazması ilə yanaşı, bir şərhi on min nəfərin like etməsi də lazımdır. Ona görə bir-birimizin şərhlərini bəyənməklə dəstək olmalıyıq.
–
4. Təhqir və söyüşlər yox, tutarlı cavablar
Yuxarıda qeyd etdiyim kimi, tutarlı şərh və arqumentlər lazımdır. Əlbəttə hər birimizin içimizdəki o yanğısını, nifrətini anlayıram və mən də ən pis, təhqiramiz ifadələri yazmaq istəyirəm düşmənə qarşı. Amma hamımız donuz şəkli, söyüş, təhqir yazanda bu, kənarda əksinə acizlik kimi görünür və bizi zəif göstərir. Onun əvəzinə əsaslı, tutarlı arquentlər yazmaqla düşmənə və o paylaşımları oxuyan bütün insanlara həqiqəti çatdırmağa nail ola bilərik.
–
5. HƏRBİ SİRRİ ÇƏKİB PAYLAŞMAYIN!
Bildiyimiz kimi, hazırda cəbhədə döyüşlər gedir və hərbi texnika, silahlar, hərbçilərimiz mütəmadi yer dəyişir, əlavə qüvvələr cəlb olunur. Bunu düşmən BİLMƏMƏLİDİR! Bir çoxları hərbçilərimizi, texnikamızı görüb cuşa gəlir, sevincindən dərhal çəkib sosial mediada paylaşır ki, insalarımız görüb sevindin. Amma bununla biz hərbi sirlərimizi düşmənə vermiş oluruq. Çünki sosial media açıq platformadır. Onu dünyanın istənilən yerindən istənilən şəxs də görür.
Belə informasiyaları hətta qağalı qruplarda da paylaşmayın. Çünki sən Whatsapp qrupundakı 5 dostuna göndərirsən cəbhədən bir şəkli, onlardan biri sevincək Instagramına yerləşdirir bunu. Beləliklə bu sirrin yayılmasına sən səbəb olmuş olursan. Ona görə bu tip məlumatları qətiyyən paylaşmayın.
–
6. Naməlum fayllara, mesajlara, zənglərə reaksiya verməyin.
Düşmən informasiya ldə etmək və dezinformasiya yaymaq üçün bir neçə vasitədən aktiv istifadə edir. Technote komandası bu haqda ətraflı video hazırlayıb. Bu videoya mütləq baxın və paylaşıb daha çox adama çatmasına kömək olun:
–
7. Erməni mobil tətbiqlərindən istifadəni dayandırmaq
Hazırda hərbi sirri sosial mediada paylaşmadan da düşmənə ötürürük təəssüf ki. Ermənistanın bir neçə dünyaca məşhur mobil tətbiqləri var, ən məşhuru PicsArt foto-video editləmə proqramıdır. Bu proqram foto-video ilə əlaqədar olduğuna görə ondan istifadə etməyimiz üçün bizdən telefonun qalereyasına daxil olmaq iscazəsi istəyir (bütün digər foto-video tətbiqlərində olduğu kimi). Problem bundadır ki, bizim telefonumuzda hansısa silah sursatın, texnikanın, hərbçinin, əsgərin şəkli, videosu, varsa, biz onu heç yerdə paylaşmasaq belə, Picsart o məlumatları əldə edə bilir. Təsəvvür edirsiz, bu nə deməkdir?!
Hazırda PicsArt Azərbaycanda ən məşhur foto-video editləmə tətbiqlərindəndir və yüklənmə sayına görə həm Google Play-də, həm App Store-da ilk 10luqda yer alır. Məlumatların ermənilərin əlinə keçməsinin qarşısını almaq üçün PicsArt, Sololearn və digər erməni tətbiqlərini telefondan silmək lazımdır.


–
Yuxarıda qeyd edilənlərə əməl etmək və digərlərini də məlumatlandırmaq hər bir Azərbaycan vətəndaşının vəzifəsidir. Müharibə hazırda təkcə səngərdə silahla deyil, həm də informasiya texnologoyaları ilə gedir və hər birimiz bu müharibənin bir parçasıyıq. Vəzifəmizi maksimum yerinə yetirməiyik.
Allah Azərbaycan əsgərini qorusun, tezliklə işğal altında olan torpaqlarımızın azadlığını görməyi nəsi eləsin!