Quantcast
Channel: Orxan Rzayev – Orxan Rzayev's blog
Viewing all articles
Browse latest Browse all 202

Instagram’da reklam etmək qaydası –ŞƏKİLLİ İZAH

$
0
0

instagramda-reklam-etmek-izah-sekilli

 

Bir müddət öncə Instagram Biznes Profili istifadəyə verildi. Adi Instagram hesabından fərqli olaraq Biznes Profili istifadəçiyə paylaşımlarının statistikasını daha detallı görməyə, isstifadəçilərin profil sahibi ilə daha rahat əlaqə qurmasına imkan yaradır. Bu barədə ətraflı bir neçə gün öncə bloq yazısında qeyd etmişdik:

instagramda-reklam-vermek-feysbuk

 

 

Instagram Biznes Profilinin üstünlüklərindən biri Instagramda reklamı birbaşa Instagram mobil tətbiqi ilə yarada bilməyinizdir. İndi Instagramda reklam yaratmaq üçün Facebook Reklam Panelinə daxil olmaya bilərsiniz. Instagramdakı paylaşımlarınızın aşağısında solda “View Insights” (Statistikaya bax) və sağda “Promote” (Reklam et) düymələrini görə bilərsiniz.

instagramda-reklam-2

 

“Promote” düyməsinə kliklədikdə yeni səhifə açılır. Burada siz “Action Button”, auditoriya, büdcə və vaxtı seçməlisiniz.

facebook-instagram-promote

 

İlk olaraq siz “Action Button”,  yəni sizin reklamınız aktivləşəndə klikləmək üçün hansı düymənin görünəcəyini seçirsiniz. Burada Instagram sizə 6 seçim verir: “Learn More”, “Watch More”, “Shop Now”, “Book Now”, “Sign Up” və “Contact Us”.

instagramda-reklam-pulsuz

 

“Action Button”u seçdikdən sonra aşağısındakı xanaya keçid etdirmək istədiyiniz linki yazırsız. Auditoriya seçimi zamanı siz ilk olaraq yaratdığınız auditoriyaya ad qoyursunuz (Name), məkanı seçirsiniz (Location), auditoriyanızın maraq dairəsini seçirsiniz (Interests), yaş (Age) və cins (Gender) seçimi edirsiniz.

instagramda-reklam-1

Son olaraq da ödəniş vasitəsini daxil etməlisiniz. Əgər sizin Instagram hesabınıza bağlı olan Facebook hesabınızda reklam istifadə etmisinizsə, yəni orda plastik kart məlumatları daxil etmisinizsə, Instagram avtomatik olaraq həmin hesabı sistemə əlavə edir. Əgər yoxdursa, plastik kart məlumatlarını daxil edirsiniz.

 

Bunları daxil etdikdən sonra sizin reklamınız yayımlanmağa hazır olur. Yuxarı sağ tərəfdəki “quş” işarəsinə klikləməklə reklamı işə salırsınız. Bir neçə dəqiqə (saat da ola bilər) sonra reklamınız aktivləşir və istifadəçilərin telefonunda aşağıdakı kimi çıxır (sizin profilinizin qarşısnda – sağda yuxarıda “Sponsored” yazılır, yəni “Reklam”).

instagramda-reklam-3

 

Bundan sonra siz həmin reklama daxil olduqda solda aşağıda olan “View Results” düyməsinə klikləyərək reklamınızın gedişinə nzarət edə bilir, statistikaya baxa bilirsiniz.

instagramda-reklam-promote

 

 

 

The post Instagram’da reklam etmək qaydası – ŞƏKİLLİ İZAH appeared first on Orxan Rzayevin bloqu.


Viewing all articles
Browse latest Browse all 202

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ