Ən yaxınları və “köhnə nəsil” onu Azercell ilə, bəziləri Vital CV ilə, biraz yeni nəsil GR8 ilə, ondan da yeni nəsil KVAN ilə tanıyır. Ən yeni nəsil isə onu məhz Ubuntu ilə tanıyacaq. Coşqun Kərimov Azərbaycanı dünyada layiqincə təmsil edə biləcək gənclərdəndir. İstər işə yanaşması, istər natiqlik səviyyəsi, istərsə də motivasiyası bunu düşünməyimə səbəbdir. Bir neçə ay öncə təqdim etdiyi KVAN kitabı ilə ölkədə (ölkə dedikdə, ölkədə şəxsi inkişafa, uğur qazanmağa çalışan, böyük düşünə bilən insanlar arasında) səs-küy yaratmağı bacardı.
İndi isə o, “Ubuntu” kitabını təqdim etməyə hazırlaşır.
Ubuntu nədir?
Cənubi Afrikada bir qəbilə olub. Həmin qəbilənin bütün üzvləri ilk növbədə özünü deyil bütün qəbiləni düşünüb. Onlar xoşbəxt olmanın yolunu yalnız xoşbəxt etməkdə görüb. Bu qəbilədə başqa insanlarla insan kimi rəftar etmək öyrədilib. Qəbilədə yaşayan insanlar çox səmimi və mehriban olub. Nəticədə belə bir qəbilənin içində Ubuntu sözü yaranıb.
Ubuntu kitabının mövzuları “Bugün dünyada qadınlara olan münasibət nədir? Adətlərimiz gənc ailələrə nə verir və onların əlindən nəyi alır? Sevgi məişətə qalib gələ bilərmi?” kimi mövzulardır. Kitabda müəllifin həyat yoldaşı ilə birgə yaşadığı sevgi hekayəsi, həyat yoldaşına qarşı etdiyi səhvlər və etmədiyi düzlər, onun gələcəyi üçün atacağı ilk real addım və s. mövzular yer alır.
Coşqunun Facebook profilini izləyənlər onun bloq yazısına bərabər olan hər paylaşımında bu mövzular haqda çox maraqlı şeylər oxuyub deyə, kitab artıq onlara maraqlı gəlib, buna əminəm.
Cəmi 500 ədəd!
Kitab çoxlarına maraqlı gələcək, təbii ki, amma kitabı yalnız 500 nəfər əldə edə biləcək. Bəli, məhz 500! Bu da Coşqunun növbəti fərqli yanaşmasıdır.
Coşqun Ubuntu haqda nə deyir?
Deyir ki, Ubuntu’nun 450 ədədini öncədən sifariş etmək mümkündür. 50 ədədi isə ictimai marağı sırf bu mövzuya cəlb etmək məqsədi ilə hərraca qoyulacaq. Satış və hərracdan yığılan məbləğlə ilk növbədə anamın və həyat yoldaşımın 1 konkret xəyalını gerçəkləşdirmək istəyirəm. Qalan vəsaitlə isə təhsil almaq istəyən müəyyən sayda gənc qızımıza yardımcı olmağı düşünürəm.
500 Ubuntu’dan birinə sahib olmaq istəyirsinizsə buyurun, həm Ubuntu’nun saytı ilə tanış olun, həm də sifariş edin! > Ubuntu <
Kitab haqda sosial şəbəkələrdə paylaşım edərkən kitabın haştaqı olan #UbuntuOlaq haştaqından istifadə edə bilərsiz.
KVAN kitabı haqda Orkhanrza.com‘da yayımlanan yazılar:
—
Azərbaycanda kitab çap olunmamış 425 ədəd necə satılır?
#KVAN – Ölmədən öncə oxunmalı kitab!
“KVAN” kitabı vasitəsilə “tarixə düşmək” istəyənlər üçün fürsət!
Kitabsevərlərin Günü – KVAN’ın təqdimat mərasimi
The post Cəmi 500 nəfərin əldə edə biləcəyi “Ubuntu” kitabı nədən bəhs edir? appeared first on Orxan Rzayevin bloqu.