Quantcast
Channel: Orxan Rzayev – Orxan Rzayev's blog
Viewing all articles
Browse latest Browse all 202

Facebook’dan çıxmayasınız deyə Zükerberq hansı yollara əl atır? (I yazı)

$
0
0

Bir neçə gün öncə açıqladığı gəlir həcmi ilə Facebook yenidən diqqəti özünə cəlb etdi. 2016-cı ilin 3-cü rübündə şirkətin gəlirləri 7 milyard dollar olub. 1-ci rübdə bu göstərici 5,4 milyard, 2-ci rübdə isə 6.4 milyard dollar olmuşdu.

facebook-gelirleri-income

 

Hәr rüb Facebook’un gәlirlәri artır. Hansı amillər buna təsir edir?

Facebook’un gәlirinin artması istifadәçi sayının vә Facebook’da keçirdiyi vaxtın artması ilә düz mütәnasibdir. Gəlin misallarla baxaq.

İstifadәçilәr nә qәdәr çox Facebook’da vaxt keçirirlәrsә o qәdәr çox reklam görürlәr. Mәsələn, siz gün әrzindә 20 dәqiqә Facebook’da olursunuz, 1 000 post (paylaşım) görürsünüz, Facebook  bu postların arasında sizә 50 dәfә reklam göstәrә bilir. Sizin bu fәaliyәtinizdәn 5 qәpik qazanır (rәqәmlәr şәrtidir).

Siz әgәr Facebook’da 20 dəqiqə yox, 30 dәqiqә olsanız gördüyünüz post sayı 1500 olacaq vә 75 dәfә reklam çıxacaq qarşınıza. Bu zaman Facebook’un qazancı 7.5 qәpik olacaq.

 

Belәliklә, Facebook’un qazancını artırması üçün istifadəçi tərəfdən 2 әsas amil var:

1) Hazırda movcud olan 1.7 milyard istifadәçi sayını artırsın,

2) Bir istifadәçinin Facebook’da keçirdiyi müddəti artırsın.

Amma gəlirin artması üçün təkcə istifadəçi aktivliyi kifayət deyil. Çünki istifadəçilərin reklama nəqədər çox baxmaq imkanının olmsından asılı olmayaraq, əgər reklamverənlər (şirkətlər) olmasa Facebook heç nə qazanmayacaq. Çünki Facebook şirkətlərin pul ödəyib yaratdığı reklam kampaniyalarını bizə göstərir. Ona görə də Zükerberq daima çalışır ki, istifadəçi sayını və aktivliyini artırmaqla yanaşı, şirkətlərin də daha çox pul yatırmasını və saylarının daha çox olmasını təmin etsin.

 

Bununla da, Facebook’un qazancını artırması üçün reklamverən tərəfdən 2 әsas amil var:

1) Reklamverənlərin sayının artırılması,

2) Hər bir reklamverənin zaman keçdikcə Facebook’a daha çox pul xərcləməsini təmin etmək.

Bu 4 məsələni inkişaf etdirdikcə Facebook’un gəlirləri artmaqda davam edir.  Yuxarıdakı cədvələ baxdıqda da görürük ki, Zükerberq hələ ki, buna nail olur. Bunlarla yanaşı Facebook rəqibləri ilə də daima mübarizədədir. Əslində Facebookun hazırda əsas rəqibləri Google və xəbər saytlarıdır. Bu haqda Orkhanrza.com‘da məlumat yayımlanmışdı. Çünki istifadəçilər ya nəsə axtarış etmək üçün ya da linkə klikləyib hansısa sayta (və ya YouTube-a) keçid etmək üçün Facebookdan çıxırlar. Və Facebookdan çıxdıqları andan o istifadəçilər Google’a və ya xəbər saytlarına qazandırmağa başlayırlar.

 


Yazının II hissəsində Facebook’un istifadəçilərini və reklamverənlərini aktiv saxlamaq üçün, həmçinin rəqibləri ilə mübarizə aparmaq üçün hansı addımları atdığından danışacağıq.

 

The post Facebook’dan çıxmayasınız deyə Zükerberq hansı yollara əl atır? (I yazı) appeared first on Orxan Rzayevin bloqu.


Viewing all articles
Browse latest Browse all 202

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ