Quantcast
Channel: Orxan Rzayev – Orxan Rzayev's blog
Viewing all articles
Browse latest Browse all 202

Aeroport әmәkdaşlarımız vә Qulaq burun boğaz hәkimi (ABŞ gündәliyi #1)

$
0
0

Dekabrın 2’si gecә ABŞ’a yola düşdüm. Mәqsәd 6-7 dekabr tarixlәrindә Dallas’da keçirilәcәk “Digital Summit”dә iştirak vә bir neçә biznes görüşü keçirmәkdir. 


Pәncәrә kәnarı

Tәyyarә biletlәrini internetdәn tәlәsik almışdım deyә hәr hansı problem çıxma ehtimalına görә Aeroporta 2 yox, 3 saat öncәdәn getdim. Demәk, ilk sürprizi mәnә biletimi verәn aeroport әmәkdaşı etdi. Soruşdu ki, pәncәrә tәrәfdәn verim? Mәn dә dedim ki, olsa yaxşı olar. Biletlәri çap etdi, verdi vә dedi ki, hәr ikisi (Bakı-Doha, Doha-Nyu York) pәncәrә tәrәfdir (F). Mәn dә tәşәkkür etdim, yola düşdüm. Bakıdan Dohaya hәr şey ok idi, Doha-Nyu York tәyyarәsinә minәndә sürpriz: tәyyarә 6 oturacaqlı (xxx xxx) yox, 10 oturacaqlıdır (xxx xxxx xxx) vә mәnim yerim pәncәrә tәrәfdә yox, orta hissәnin ortasında idi. Sağımda vә solumda Hindistandan iki xala! Buyurun, 13 saatlıq uçuş başlayır :)

(Amma xanımların hәr ikisi sәliqәli, tәmiz geyinmişdilәr, elә dә çox söhbәt etmәsәk dә, intelektual insan olduqları hiss olunurdu. Ümumi olaraq uçuş rahat keçdi).


Qulaq burun boğaz hәkimi

Aeroporta mәndәn başqa tez gәlәn bir nәfәr dә var idi: Malayziyalı Aişa. Tәyyarәni gözlәmә qapısına yaxınlaşanda gördüm aeroport әmәkdaşı orta yaşlı bir bәy hәmin bu xanıma “Telefon zaryatka, zaryatka” deyib әli ilә irәlini göstәrir, xanım isә anlamır tәbii ki. Yaxınlaşdım, izah etdim, dedi ki, telefonun enerjisi doludur, ehtiyac yoxdur. 

Aişa xanımın burnu sarğıda idi, soruşdum ki, nәdir bu? Vә tәәccüblәndiyim cavab eşitdim. Deyir ki, burnumu әmәliyyat etdirmәk üçün gәlmişdim. Bakıdakı hәkimlәr daha yaxşıdır deyә Malayziyadan bura gәldim әmәliyyat üçün. Vә Instagramını açıb onu әmәliyyat edәn hәkimin profilini göstәrdi:

Bunu görәndә hәddәn çox sevindim. Adam Malayzyadan Bakıya gәlir әmәliyyat üçün. Cavid İsmayılovun adını eşitmişdim, bunu görәndә ürәyimdә “Әhsәn!” dedim. 


Qatar Airways

İlk dәfә idi ki, 13 saatlıq uçuş hәyata keçirdim. Yola düşmәzdәn öncә düşünürdüm ki, bu qәdәr vaxtı tәyyarәdә nә edәcәm?! Amma inanın, bu 13 saatlıq uçuş әksәr 3-4 saatlıq uçuşdan daha rahat keçdi. Qatar Airways’lә ilk dәfә uçurdum, xidmәti vә tәyyarәnin şәraiti çox xoşuma gәldi. AZAL vә Turkish Airlines’dan daha rahatdır mәncә. 


Әsrarәngiz Doha

(Mәnbә: https://www.flickr.com/photos/89954254@N00/8560021220/in/pool-1599245@N24/)

ABŞ istiqamәtindә gedәrkәn Qәtәrin paytaxtından tranzit olaraq sürәtli keçdik deyә şәhәri görmәdim amma qayıdanda şәhәri görmәk üçün 2-3 saatım olacaq. Şәhәri görmsәm dә tәyyarәdәn gecә mәnzәrәsini gördüm. Möhtәşәm idi, telefonla effektli şәkil çıxmayacaqdı deyә internetdәn tapdığım şәkli yerlәşdirirәm. Çox parlaq vә gözәl bir gecә görünüşü var idi şәhәrin.

Növbәti yazıda Denverdә Fәrhad Әlәkbәrovla olan görüşümüz vә San Fransisko haqda yazacam. 

The post Aeroport әmәkdaşlarımız vә Qulaq burun boğaz hәkimi (ABŞ gündәliyi #1) appeared first on Orxan Rzayevin bloqu.


Viewing all articles
Browse latest Browse all 202

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ