Quantcast
Channel: Orxan Rzayev – Orxan Rzayev's blog
Viewing all articles
Browse latest Browse all 202

Hesab.az və məni 4 il öncəyə qaytaran o tvit

$
0
0

4 il öncə Tvitterdə paylaşdığım bu status çıxdı qarşıma və nostaljı hisslər yaşatdı :)

 

İndi rahat onlayn ödənişlər edə bilirik, adi bir hala çevrilib bu. Amma 5 il öncə bununla ilk dəfə qarşılanda keçirdiyimiz hissləri təsəvvür edə bilirsiz? :)

Həmin vaxtlar gündəlik həyatda nifrət etdiyim şeylərin başında poçta gedib, işıqpulu ödəmək dayanırdı. Növbədə bəzən 10-15 nəfər olurdu, poçt işçisi yavaş-yavaş hərəkət edirdi, 8.30 manat, 8.50 manat olan qəbzə görə 10 manat ödəniş tələb olunurdu…

Ona görə Hesab.az-la ilk tanış olanda inanılmaz dərəcədə sevinmişdim. Evdə, ofisdə oturub kommunal xidmətləri ödəmək, mobil nömrənin balansını artırmaq, TV və s. ödənişlər etmək. Bir neçə saniyə ərzində və heç yerə getmədən. Fantastik bir rahatlıq idi. Ona görə hər yerdə deyirdim ki, Azərbaycanda rastıma çıxan ən faydalı startap Hesab.az-dır.

İndi ölkədə xeyli sayda ödəmə aparatları və onlayn ödəniş platformaları var. Amma mən, əlimmi öyrəşib, ya o ilk vaxtların verdiyi sevinc hissindənmi gəlir bilmirəm, ödənişlərimi əsasən Hesab.azGoldenPay sistteminə qoşulan platformalardan edirəm. GoldenPay həm də güvən yarada bilib, xüsusən təhlükəsizlik, etibarlılıq məsələsində. İndi də kimsə məndən soruşadanda ki, Hesab.az-da ödəniş etsəm kartımda problem yaranmaz ki, deyirəm a kişi, rahat işini gör, təhlükəsizliyə 100% əmin ol :)

P.S. Bu yazını yazdığım ərəfədə növbəti  nostalji hissləri isə dostumuz Elvin Mirzəyevin GoldenPay-ə keçdiyini eşidəndə yaşadım. Çünki bakalavr təhsili aldığım Dövlət İdarəçilik Akademiyası ilə tanışlığım məhz Elvin vasitəsilə olub. Abituriyent vaxtı hansı ali məktəbə daxil olacağıma hələ qərar vermədiyim ərəfələrdə Elvinlə görüşdük (Elvin DİA-da 1-ci kursda oxuyurdu o zaman). DİA haqda elə danışdı ki, həmin gün orada oxumaq istəyi yarandı içimdə. Elə oldu ki, nəticədə də ora daxil oldum. Daha sonra isə DİA vasitəsilə bir çox dəyərli dost/təcrübə qazandım.

Bir müddət öncə Fərid İslamovun, indi isə Elvinin komandaya qoşulması Fərid İsmayılzadənin komandasını biraz da gücləndirəcək. Ölkənin ən qabaqcıl sahibkarlarından olan Fərid vaxtında bizə lazım olan platformanı yaratmağı bacardı. Gözləyək görək bu komanda ofisdən/evdən çıxmadan bizə daha hansı rahatlıqlar bəxş edəcəklər. Uğurlar dostlara!

The post Hesab.az və məni 4 il öncəyə qaytaran o tvit appeared first on Orxan Rzayevin bloqu.


Viewing all articles
Browse latest Browse all 202

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ