Quantcast
Channel: Orxan Rzayev – Orxan Rzayev's blog
Viewing all articles
Browse latest Browse all 202

Coşqun Kərimovun 3-cü kitabı “ALAMO 13” barədə

$
0
0

Bloqun aktiv izləyiciləri startapçı Coşqun Kərimov və onun “KVAN“, “Ubuntu” kitabları haqda bir neçə dəfə bloq yazımızı oxuyublar. 2015-ci ilin sonlarında “KVAN” haqda, ötən ilin bu günlərində isə “Ubuntu” haqda yazı dərc etmişdik. “ALAMO 13” müəllifin sayca 3-cü kitabıdır.

 


Müəllifin ilk 2 kitabı haqda bloq yazıları:

#KVAN – Ölmədən öncə oxunmalı kitab!

“KVAN” kitabı vasitəsilə “tarixə düşmək” istəyənlər üçün fürsət!

Azərbaycanda kitab çap olunmamış 425 ədəd necə satılır?

Kitabsevərlərin Günü – KVAN’ın təqdimat mərasimi

Cəmi 500 nəfərin əldə edə biləcəyi “Ubuntu” kitabı nədən bəhs edir?


“ALAMO 13”

“Həyat gözləyənləri sevmir. Hərəkət edənləri sevir.”

“Növbəti kitabını yazmağa hazırlaşan müəllif iş həyatında uğurlar qazanmış bir gənclə görüşməyə başlayır. Yazıçı gəncdən “məktəbdə öyrədilməyən həqiqətləri” və insanı xoşbəxt edəcək formulun sirrini öyrənib, onu öz oxucuları ilə paylaşmaq istəyir.
Müəllif görüşlər zamanı qəhrəmanından müsahibələr alır və həyat, pul, insan münasibətləri ilə bağlı maraqlı fikirlər eşidir. Gənclə söhbətlər təkcə müəllifin fikirlərini qarışdırmır. Yazıçı hər görüşdən sonra həm də qəribə yuxular görməyə başlayır.
Yuxuda hadisələr Alamo qalasının içində baş verir. Meksikalıların hücumuna məruz qalan qalaya 100 nəfər sığınıb. Qalanın yuxarı hissəsində 13 dua otağı var. Hər otaqda müəllifi bir nəfər gözləyir…”

Kitab məhz bu cümlələrlə başlayır. Marağınızı cəlb elədi, elə deyilmi? Coşqunun qələmi insanı daima maraqda saxlayır. Hər mövzu özünəməxsus fərqliliyi ilə seçilir, həm də növbəti mövzuya keçməyə səbrsizlənirsən. Müəllifin zəngin xəyal aləmi hər əsərində özünü biruzə verir. Bir sözlə, kitabı dərhal oxuyub bitirmək istəyirsən.

 


Kitabı önsifariş etməklə 13 azn yox, 10 azn-ə əldə edə bilərsiniz. Ətraflı: Alamo13.com


 

Oxucuların fikirləri

Nərmin Nöqtə: “Şəxsən mənim təkrar-təkrar oxuduğum kitabın 5-ci fəsli oldu. Bu fəsildə özümü çox sorğu-sual etdim. Məncə oxucular da bu fəsildə çox dayanacaqlar.”

Məcid Məmmədov: “Kitab qüsursuz yazılıb. Bir nəfəsə oxunur. Getdikcə oxucunu daha da maraqlandırır və düşünməyə vadar edir. Davamını oxumaq üçün səbrsizliklə gözləyirəm.”

Fatma Qurbanova: Məncə bu kitab öz fərqliliyi ilə Kvan və Ubuntunu geridə qoyacaq.Yuxudakı hekayələr və insanlar diqqətimi çox çəkdiyi üçün onları daha ətraflı araşdırmağa və nəticədə çox şey öyrənməyə nail oldum. Müəllifin kitablarının ən sevdiyim tərəfi mütləq bizlərə nələrsə öyrətməsidir.


“ALAMO 13” – Təqdimat Mərasimi

Noyabr ayının 12-si World Language Center‘də “ALAMO 13” kitabının təqdimat günü olacaq. Coşqun Kərimovun oxucuları (həmçinin mən) yəqin ki, bu günü qaçırmayacaq.

 


Kitab haqda rəsmi vebsaytındanTechnote portalından oxuyun


 

Coşqun Kərimov kimdir?

Qafqaz Universitetinin məzunudur. İxtisasca İngilis dili və Ədəbiyyat üzrə Filoloq və Pedaqoqdur.

2007-ci ildə beynəlxalq EastChance Esse Yarışmasına “Leonardo Da Vinci” adlı esseni göndərərək Avropa regionu üzrə birinci olmuşdur.

2011 – ci ildən bugünə kimi 5000 dən çox insana Natiqlik, Təqdimat Bacarıqları, Müştəri Yönümlü Xidmət və Daxili Motivasiya ilə bağlı seminarlar və təlimlər keçirmişdir.

4 ildir ki, beynəlxalq startup yarışmalarına qatılan təşəbbüskar komandalara təqdimatların verilməsiylə bağlı mentorluq edir.

Yeni Fikir 2016 Startup Müsabiqəsinin və Seedstars Baku Regional Müsabiqəsinin qalibidir. Kvotter və GR8 kimi sosial platformaların həm-təsisçisidir.

Azercell Akademiyasının, Bakı Şəhər Halqasının (F1 yarışları) Akademiyasının təlimçi üzvü olmuşdur.

İngilis dilində tərtib edilmiş 24 dərslik GPS Şəxsi İnkişaf və Ünsiyyət Proqramının müəlliflərindən biridir.

“KVAN” və “Ubuntu” kitablarının müəllifidir. Hər iki əsəri oxucuların ön sifarişləri əsasında çap edilmişdir.

The post Coşqun Kərimovun 3-cü kitabı “ALAMO 13” barədə appeared first on Orxan Rzayevin bloqu.


Viewing all articles
Browse latest Browse all 202

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ