Kitabsevər dostumuz, bloqer Sərxan Rüstəmov bir neçə gün öncə gözəl bir təkliflə çıxış etdi. Təklifi video-müraciət formasında edən Sərxan BookMap səhifəsində bildirdi ki, oxuduqlarımızı sosial şəbəkələrdə paylaşarkən #övladınüçünoxu həştəqindən istifadə edək ki, kitab oxumağa zamanı olmayan valideynlər və dostlarımız da bundan faydalana bilsinlər.
Sərxan kampaniya ilə bağlı motivasiyaedici video-çarx da hazırlayıb artıq. Məqsəd həm kitab oxumağa həvəsi artırmaq, həm sosial şəbəkələrdə kitab oxumağın təbliği, həm də ümumən cəmiyyətimiz üçün faydalı iş görməkdir. Fıkır vermisinizsə, bloqqumda ayrıca “Kitab” kateqoriyası var. Çalışıram ki, kitabla bağlı dostlarımızın fəaaliyyətinə bacardığım qədər dəstək verim. Çünki inkişaf üçün maariflənmək ən birinci şərtdir. Maariflənməyə, maarifləndirməyə hər kəs öz bacardığı dəstəyi verməlidir.
Ümid edirəm bu qısa bloq yazısı da həm #övladınüçünoxu kampaniyasının təbliğində, həm də ümumən ölkədə kitaba maraq oyatmaqda kömək olacaq.
Gələcəyimizin inkişafı üçün #övladınüçünoxu‘maq lazımdır!
The post #övladınüçünoxu’maq lazımdır! appeared first on Orxan Rzayevin bloqu.